Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10/76
Bizi izlə:

FƏALİYYƏTİMİZ

EKOLOGİYA:

Qlobal iqlim dəyişikliyi, bazar rəqabəti prinsipləri baxımından əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da istixana təsərrüfatları yaranır və genişləndirilir. Kompleks ərazisində yollar çəkilir, infrastruktur yaradılır. Gigiyenik təmizliyə xüsusi diqqət yetirilir. İstehsal prosesində yalnız üzvi gübrələrdən və dərman preparatlarından istifadə olunur. Şitillərin tozlanması işçi arıların köməyi ilə aparılır.

SOSİAL:

Şirkətimizin işçiləri əmək müqaviləsinin şərtlərini və onlarda nəzərdə tutulmuş öhdəlikləri tanıyan əmək qanunvericiliyinə uyğun fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olan uşaq əməyini qadağan edirik.

KEYFİYYƏT:

Tam avtomatlaşdırılmış istixana kompleksinə yerli və xarici mütəxəssislər nəzarət edir. Yığılan məhsullar istixana kompleksinin logistik zəncirinə daxil edilir, burada məhsul keyfiyyətini itirmədən çeşidlənir, emal edilir, çəkisi alınır, qablaşdırılır və vaxtında istehlakçılara çatdırılır.